"WhatsApp" mesajları TƏHLÜKƏDƏ
"WhatsApp" messencerində cinayətkarlara və ya xüsusi xidmətlərin əməkdaşlarına şifrələnmiş məlumatları ələ keçirməyə imkan verən boşluq aşkarlanıb.
Xəbərə görə, tətbiqetmədəki "dəliyi" Kaliforniya Universitetinin alimi Tobias Bolter tapıb. Mütəxəssis əvvəlcə 2016-cı ilin aprelində "Facebook"a ("WhatsApp"ın sahibi) müraciət edib və aşkarladığı boşluğun məğzini təsvir edib. Sosial şəbəkə rəhbərliyi oxşar problemin mövcudluğundan xəbərdar olduğunu, lakin yaxın vaxtda onu aradan qaldırmağı planlaşdırmadığını qeyd edib.
Bolter iddia edir ki, təhlükəli boşluq hələ də aradan qaldırılmayıb.
2016-cı ilin aprelində "WhatsApp" birbaşa məsafədən məlumat şifrələməsi (end-to-end) tətbiq edib. Şifrələmə yalnız dialoq iştirakçılarına yazışmanın tərkibinə çıxış təmin edir. Messencer dəfələrlə, hətta şirkət işçilərinin istifadəçilərin nə barədə yazdıqlarını öyrənmək iqtidarında olmadıqlarını vurğulayıb.
Alim şifrələmə açarı dəyişdiyi halda istifadəçilərin bildiriş almadıqlarını aşkarlayıb. Messencerin tənzimləmələrində yeni açarın əmələ gəlməsi barədə bildirişi yandırmaq olar, lakin istifadəçilər yalnız məlumatın göndərilməsindən sonra bildiriş alırlar.
Açar dəyişərkən çatdırılmayan məlumatlar yenidən şifrələnir və təkrar göndərilir. Nəzəri olaraq oxşar fəaliyyət məlumatların ələ keçirilməsi və şifrənin oxunması imkanı yaradır.
"Əgər hökumət strukturları "WhatsApp"dan məlumatlara girişi açmasını xahiş etsə, o zaman rəhbərlik bunu şifrələmə açarının dəyişdirilməsi vasitəsilə asanlıqla edə bilər", - Bolter qeyd edib.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub