Qurban Qurbanovdan kövrələrək ayrıldığı futbolçusuna XÜSUSİ ZƏNG
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted”in (Tailand) Asiya Çempionlar Liqasındakı matçından sonra insident yaşanıb.
Çində “Çjetsyan” ilə qarşılaşmanın (3:2) ardından futbolçular arasında qarşıdurma olub.
R.Şeydayev də münaqişənin iştirakçısı olub və rəqib oyunçularla dava edib. Nəticədə o, qonaqların ən çox döyülən futbolçularından biri olub.
Millimizin üzvünə ilk dəstək verənlərdən biri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov olub.
Təcrübəli mütəxəssis hadisədən xəbərdaq olduğu ilk andaca sabiq yetirməsi ilə əlaqə saxlayıb.
O, R.Şeydayevə “Səninlə fəxr edirəm. Hər zaman gördüyümüz mərd Ramili gördük” deyərək dəstək göstərib.
Həm də bundan sonra daha səbrli olmağa çağırıb.
Legioner futbolçumuz isə özünü yaxşı hiss etdiyini bildirib və dəstəyi üçün Q.Qurbanova təşəkkür edib.
R.Şeydayev 2017/18 mövsümü və 2021-23 illəri aralığında Q.Qurbanovun rəhbərliyi altında “Qarabağ”da çıxış edib.
Q.Qurbanov bir neçə dəfə R.Şeydayevə olan xüsusi rəğbətini dilə gətirib.
O, hətta Ramilin sonuncu dəfə “Qarabağ”dan ayrılmasına kövrələrək reaksiya vermişdi.Sportinfo.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...