“Çox ciddi komandaya qarşı oynayacağıq” - Qurban Qurbanov
“Çox ciddi komandaya qarşı oynayacağıq”.
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyada yerli “Bayer 04” klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis rəqibin baxımlə oyun sərgilədiyini və Bundesliqada lider olduğunu söyləyib: “Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Biz hər komandaya qarşı fərqli hazırlıq keçirik. Rəqib isə 2-3 sistemdə oynaya bilir. Futbolçular bu cür qarşılaşmalar oynadıqca böyüyür”.
Qurbanov matç üçün start heyətin bəlli olduğunu vurğulayıb: “Görüşün gedişində müəyyən dəyişikliklər ola bilər”.
Qeyd edək ki, oktyabrın 26-da “Bay-Arena”da keçiriləcək “Bayer 04” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır