Çempionlar Liqası: “Qalatasaray” bu gün “Bavariya”nı qəbul edəcək - AFİŞA
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turuna start veriləcək.
A, B, C və D qrupunun oyunları keçiriləcək.
A qrupunda yer alan “Qalatasaray” Türkiyədə Almaniyanın “Bavariya” klubunu qəbul edəcək. Qrupun digər matçında “Mançester Yunayted” “Kopenhagen”i sınağa çəkəcək.
C qrupunda “Real Madrid” səfərdə “Braqa” ilə üz-üzə gələcək. Qrupun digər görüşündə “Union” Almaniyada “Napoli”ni qəbul edəcək.
D qrupunda yer alan turnirin son finalçısı “İnter” “Zaltsburq”u sınağa çəkəcək. B qrupunda “Arsenal” “Sevilya”nın qonağı olacaq.
Çempionlar Liqası
Qrup mərhələsi, III tur
24 oktyabr
A qrupu
20:45. “Qalatasaray” (Türkiyə) - “Bavariya” (Almaniya)
23:00. “Mançester Yunayted” (İngiltərə) - “Kopenhagen” (Danimarka)
Xal durumu: “Bavariya” - 6, “Qalatasaray” - 4, “Kopenhagen” - 1, “Mançester Yunayted” - 0.
B qrupu
23:00. “Sevilya” (İspaniya) - “Arsenal” (İngiltərə)
23:00. “Lans” (Fransa) - PSV (Niderland)
Xal durumu: “Lans” - 4, “Arsenal” - 3, “Sevilya” - 2, PSV - 1.
C qrupu
23:00. “Braqa” (Portuqliya) - “Real Madrid” (İspaniya)
23:00. “Union” (Almaniya) - “Napoli” (İtaliya)
Xal durumu: “Real Madrid” - 6, “Napoli” - 3, “Braqa” - 3, “Union” - 0.
D qrupu
20:45. “İnter” (İtaliya) - “Zaltsburq” (Avstriya)
23:00. “Benfika” (Portuqaliya) - “Real Sosyedad” (İspaniya)
Xal durumu: “Real Sosyedad” - 4, “İnter” - 4, “Zaltsburq” - 3, “Benfika” - 0.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır