Xanım idmançımız Avropa çempionu oldu
Azərbaycan taekvondo millisi Serbiyanın paytaxtı Belqradda yeniyetmələr arasında keçirilən Avropa çempionatında iki medal qazanıb.
Yenixeber: Federasiyadan verilən məlumata görə, komandamız yarışın ikinci günündə bir qızıl və bir bürünc mükafata sahib olub.
İlk mərhələdən azad olan Şəms Əlizadə (160 sm) debüt görüşündə isveçli Nazah Valiulla ilə üz-üzə gəlib. Rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazanan taekvondoçumuz 1/4 finalda Barba Strjemkovskanı (Polşa) da eyni hesabla məğlub edib. O, yarımfinalda Laura Kuyaçuçla (Bosniya və Herseqovina) qarşılaşıb və bu görüşü də aktivinə yazıb - 2:0.
Şəms uğurlu seriyanı finalda da davam etdirib. Serbiyalı Sanya Brkiçlə döyüşən yığma üzvü bu dəfə də hər iki hissəni hesabına yazıb. Ev sahibinə 2:0 hesabı ilə qalib gələn yığma üzvü Avropa çempionu tituluna yiyələnib və Belqradda Azərbaycan himnini səsləndirib.
Yığmamızın digər üzvü İlyas Hətəmli (160 sm) də fəxri kürsüyə yüksəlib. O, ardıcıl olaraq Natan Degiorgio (Malta) və Dmitri Stepurenkonu (Ukrayna) 2:0 hesabı ilə məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Taekvondoçumuz bu mərhələdə neytral statusda çıxış edən Abubakr Şaxmaqomedovlə üz-üzə gəlib. Hətəmli 1:2 hesabı ilə məğlub olduğundan Avropa birinciliyini 3-cü pillədə başa vurub.
Qeyd edək ki, Əlizadə avqustda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında dünya birinciliyində gümüş medal əldə edib. XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır