Daha dörd güləşçimiz mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha dörd sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
79 kq çəki dərəcəsində çıxış edən Orxan Abasov təsnifat mərhələsində Dünya Güləş Birliyinin (UWW) bayrağı altında çıxış edən İman Mahdavi ilə üz-üzə gələcək.
57 kq-da Əliabbas Rzazadə 1/16 finalda Zeyn Riçardsla (ABŞ) qarşılaşacaq.
74 kq-da Turan Bayramov eyni raundda bəhreynli Maqomedrasul Asluyevlə, 92 kq-da isə Osman Nurmaqomedov 1/8 finalda Teyvir Bol (Kanada) - Denis Sahaliuk (Ukrayna) cütünün qalibi ilə güləşəcək.
Ötən gün mübarizəyə qoşulan Maqomed-Başir Xaniyev (70 kq) təsəlliverici görüşdə iştirak edəcək. O, polşalı Patrik Olenşinlə üz-üzə gələcək.
Qeyd edək ki, lisenziya xarakterli dünya çempionatı sentyabrın 24-də başa çatacaq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır