“Qarabağ”- HİK matçının biletləri satışa çıxarılır

UEFA Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - HİK (Finlandiya) oyununun biletləri avqustun 5-i saat 14:00-dan satışa çıxarılacaq.
Avqustun 10-u saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
Bundan əlavə, VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 200 manatdır.
Satış məntəqələri: Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış); "Park Bulvar"dakı “Qarabağ” FK-nın "Fan-Shop"u; Tofiq Bəhramov adına Respublika stadionunun kassaları. XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır