“İnnovasiyalar Mərkəzi” ilə "Azərlotereya" ASC arasında memorandum imzalanıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə "Azərlotereya" ASC arasında memorandum imzalanıb.
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində baş tutan mərasimdə müqaviləni “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və “Azərlotereya”nın İdarə Heyətinin sədri Osman Karakuş imzalayıblar.
Memorandumun əsas məqsədi ölkəmizdə startap ekosisteminin inkişafına və vətəndaşların maarifləndirilməsinə yardım edən müasir pedaqoji və informasiya-kommunikasiya texnologiyaları sahəsində qarşılıqlı əməkdaşlığı dərinləşdirmək və inkişaf etdirməkdir.
“İnnovasiyalar Mərkəzi” ilə ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın birgə əməkdaşlığı ideyalar, biliklər və vərdişlərlə təcrübə mübadilələrinin həyata keçirilməsinə, müasir cəmiyyət, təhsil və sənayedə informasiya texnologiyalarının tətbiqi ilə vətəndaşların maarifləndirilməsi niyyətinin reallaşmasına xidmət edəcək.
Memorandum çərçivəsində müxtəlif sahələrdə startapların, cəmiyyət üçün faydalı olacaq, dünya bazarına çıxarıla biləcək layihələrin dəstəklənməsi planlaşdırılır.


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır