SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Olimpiya çempionu təyyarə qəzasından sağ çıxdı

Olimpiya çempionu təyyarə qəzasından sağ çıxdı

Tarix:

12-12-2022, 22:09

/ 589 dəfə oxundu.
Olimpiya çempionu təyyarə qəzasından sağ çıxdı

Keniyalı atlet, 800 metr məsafəyə qaçış üzrə ikiqat olimpiya çempionu David Rudişa təyyarə qəzasından sağ çıxıb.
Hadisə Kaciado bölgəsində baş verib. İçərisində 5 nəfərin olduğu yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində ölən olmayıb.

Qeyd edək ki, David Rudişa London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarının qalibidir. 34 yaşlı idmançı 800 metr məsafə üzrə dünya rekorduna sahibdir. O, həm də ikiqat dünya çempionudur.

Şərhlər

XƏBƏR LENTİ