Dövlət Gömrük Komitəsinin rüşvətə görə həbs edilən əməkdaşının CƏZASI AZALDILDI
Ali Məhkəmədə Bakı Baş Gömrük İdarəsinin rüşvət almaqda təqsirli bilinən sabiq əməkdaşları - Elmar Mirzəyev, Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev, Ceyhun Şabanov və Sadiq İsgəndərov barəsindəki qərardan verilmiş kassasiya şikayətlərinə baxılıb.
Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və qərar elan olunub.
Qərara əsasən Elmar Mirzəyevin cəzası 1 il azaldılaraq 4 il 3 aya endirilib. Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərar digər məhkumlara münasibətdə dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, təqsirləndirilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları keçirilən əməliyyatla saxlanılıblar. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hokum ilə Elmar Mirzəyevə 5 il həbs cəzası, Mirağa Ağayevə bəraət, digərlərinə isə şərti cəza verilib.
Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi prokurorun protestini qismən təmin edib. Şərti cəza verilmiş Rafael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev 3 il, Ceyhun Şabanov və Sadiq İsgəndərov isə 2 il müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs olunublar.
Orxan Zöhrabov və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət almış Mirağa Ağayevə şərti cəza verilib.
Həbsdə olan Elmar Mirzəyevin cəzası 5 il 3 aya qaldırılıb. //trend//

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır