"Artıq bütün diqqətimi milli komandaya yönəldəcəyəm" - Renat Dadaşov
"Matça ciddi hazırlaşmışdıq. Çətin dönəmdən sonra qələbəyə inanmaqdan əl çəkmədik. Qol vurduğum üçün xoşbəxtəm. Artıq bütün diqqətimi milli komandaya yönəldəcəyəm".
Bunu Azərbaycan millisinin və "Qrasshopper" klubunun futbolçusu Renat Dadaşov evdə "Bazel"ə 1:0 hesabı ilə qalib gəldikləri İsveçrə Super Liqasının XVI tur oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.
Görüşdəki yeganə qolun müəllifi olan 23 yaşlı hücumçu komanda şəklində yaxşı müdafiə olunduqlarını bildirib: "Hər oyuna mübarizə aparmaq üçün çıxırıq. Ən vacib matçlarımızdan biri bu idi. Qarşılaşmanın əhəmiyyətini dərk edirdik və məhz bu səbəbdən 3 xal qazandıq".
Forvardın sözlərinə görə, mövsümün ilk yarısında çoxlu eniş-yoxuş olsa da, 20 xal toplamağı bacarıblar: "Nə yuxarıdayıq, nə də aşağıda. İndi beynimizi təmizləmək və dekabrda yenidən tam gücümüzlə işləmək vaxtıdır".
Qeyd edək ki, Renat Dadaşov "Bazel"lə oyunun 34-cü dəqiqəsində fərlqənib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır