Mübariz Mənsimov yeni klub yaratdı – Fan klublara vəsait ayrıldı və tapşırıq verildi: Sərt olun
“Ölkə futbolunda “Xəzər Lənkəran” futbol klubu tarix olduqdan sonra bu adda klublar yenidən yaradıldı. Azərbaycanda futbol komandası yaratmaq asan məsələ olsa da, ayaqda tutmaq isə çox çətindir. Mübariz Mənsimov zamanında rəhbərlik etdiyi “Xəzər Lənkəran”dan sonra indi də “Xəzər Lənkəran 42” komandasını yaratdı. Mənsimov əvvəlkindən fərqli olaraq indi görünmək istəmir”.
Bu barədə Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli məlumat verib.
Mübariz Mənsimov yeni klub yaratdı – Fan klublara vəsait ayrıldı və tapşırıq verildi: Sərt olun

A.Həmidlinin sözlərinə görə, “Xəzər Lənkəran”ın keçmiş direktoru Höccət Hacıyev “Xəzər Lənkəranın 42”nin rəhbəri olduğunu bəyan edərək fan klublarla görüşlərə başlayıb: “Hər həftə restoranlarda azərkeşləri dəvət edib prosesə qoşmaq istəyirlər. Hər fan klubla görüşdə maliyyə dəstəyinin Mübariz Mənsimov olduğunu vurğulayan Höccət müəllim əsl başqanın Mübariz olduğunu hər görüşdə təkrar edir. Bununla iş bitirmi? Əlbəttə, xeyr. Mübariz müəllim fan klublara tapşırıq verib. Əvvəlkindən daha sərt olun. Açığı mən bunu başa düşmədim. Ağlıma isə “Xəzər Lənkəran” azərkeşlərinin polis əməkdaşlarına və Daxili Qoşunların əməkdaşlarına xəsarətləri yadıma düşdü. Artıq prosses başlayıb. Fan klublara vəsait ayrılıb. Onların hər birinin xərcləri qarşılanacağı sözü verilib. Araşdırılmalıdır bu pulun mənbəyi haradır. Axı illərdir digər şəxslər “Xəzər Lənkəran”ın adı altında yeni komanda qursa da, maliyyə səbəbindən ayaqda saxlaya bilməyiblər. Azərbaycanda futbolun inkişafının tərəfdarıyam. Amma kimlərsə öz şəxsi maraqları naminə istifadə edəcəksə, belə futbol olmaz olsun…Tanrı bizi qorusun”.
H.Hacıyevin də mövqeyini dərc etməyə hazırıq.Pravda.az
XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır