"İddialı qrupa düşdük" - Qurban Qurbanov
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının püşkü barədə fikirlərini bölüşüb.
Mütəxəssis G qrupundakı rəqibləri "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant"ın (Fransa) güclü komandalar olduqlarını bildirib:
"İddialı bir qrupa düşdük. Görünür ki, hər bir komandanı çox böyük şansı olacaq. "Frayburq", "Nant" "Böyük 5-lik" ölkələrinin komandalarıdır. "Olimpiakos" isə bütün illər boyu həmişə iddialı olub. Rəqiblərlə qısa müddət ərzində yaxından tanış olacağıq. Çalışacağıq ki, onları maksimum yaxından tanıyaq. Rəqiblərə qarşı düzgün hazırlaşmağa çalışacağıq. Həmişə dediyim kimi, əgər yaxşı nəticə qazanmaq şansımız varsa, bundan maksimum yararlanacağıq. Bizi maraqlı oyunlar gözləyir. Çünki hər bir rəqibin öz oyun üslubu var. Futbolçularımla birlikdə onlara qarşı yaxşı oyun göstərmək üçün əlimizdən gələni edəcəyik".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır