SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Qurban Qurbanov: “Vaxt olub ki, hamı Şahruddinin adını qışqırıb” – YENİLƏNİB

Qurban Qurbanov: “Vaxt olub ki, hamı Şahruddinin adını qışqırıb” – YENİLƏNİB

Tarix:

24-08-2022, 08:11

/ 762 dəfə oxundu.
Qurban Qurbanov: “Vaxt olub ki, hamı Şahruddinin adını qışqırıb” – YENİLƏNİB

 
“Futbolçularımı təbrik edirəm. Bundan sonra irəliyə baxmaq lazımdır”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çexiyada “Viktoriya” (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis komandasında rəqabətin yaxşı olmasını istədiyini bildirib: “Bütün oyunlara hazır olmalıyıq. Abdullah Zubirlə Şahruddin Məhəmmədəliyevin bura çatmağımızda böyük zəhməti var. Hər ikisindən razıyam. Sadəcə, futbol səhvlər üzərində qurulub. Vaxt olub ki, hamı Şahruddinin adını qışqırıb. Üslubuma tam uyğun qapıçıdır. Gənc qolkiperlərimiz də var. Onları hazırlayırıq. Məğlubiyyəti kiminsə üstünə atmaq istəmirik”.

O, yeni transferlər etmək istədiklərini söyləyib: “Danışıq apardığımız oyunçular var. Hələ heç biri ilə anlaşmamışıq. Amma qarşıdakı günlərdə ola bilər. Onların arasında qapıçı yoxdur”.

Baş məşqçi ikinci hissədə zədələnən Riçard Almeydanın durumuna da toxunub: “Topuğu burxulub. Bir az şiş və ağrı var. Ona görə davam edə bilmədi. Çox yaxşı oyun göstərdi. Bəlkə onun meydanı tərk etməsinin də məğlubiyyətdə rolu oldu. Amma digər futbolçular da pis oynamadılar”.

Qeyd edək ki, “Qarabağ” mübarizəni UEFA Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.

01:13

“Komandamdan çox razıyam. Ağır rəqibə qarşı oynayırdıq. Bizim bütün matçlarımız pley-off səviyyəsində idi. Çox əziyyət çəkdik. İlk hissədə üstünlük bizim tərəfimizdə oldu. İkinci yarıda rəqib cüzi səhvlərimizdən istifadə etdi. Azərbaycan futbolunu daha da tanıtmağa çalışırıq. Futbol səhvlər üzərində qurulub. Rəqibi təbrik edirəm”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çexiyada “Viktoriya” (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra deyib.

“Çox danışdım. Futbolçuların hamısı çox üzülmüşdü. Dəstək olmağa çalışdım. Bu, futbolun ən incə hissələrindən biridir. Oyunçular məyus olanda göz yaşlarını saxlaya bilmirlər. Onların yanındayam. Hamısı ilə dostam. Futbolçularımla fəxr edirəm. İrəliyə baxmaq lazımdır”.

“Avropa Liqasını Çempionlar Liqasından ayırmıram. Orada elə komandalar var ki, Çempionlar Liqasında oynamağı haqq edirlər. Əvvəlcə püşkatmanı gözləyəcəyik, ondan sonra rəqibləri dəyərləndirəcəyik. Böyümək istəyirik”.

Qeyd edək ki, "Qarabağ" mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.

Şərhlər

XƏBƏR LENTİ