“Qarabağ”ın növbəti mərhələdəki potensial rəqibləri bəlli olur
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.
“Report”un məlumatına görə, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri bəlli olacaq.
“Köhlən atlar” II təsnifat mərhələsində İsveçrə “Sürix”ini üstələyəcəyi təqdirdə, “Ludoqorets” (Bolqarıstan) / “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi, “Ferentsvaroş” (Macarıstan) / “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi və ya Kiprin “Apollon” (Limassol) komandası ilə üz-üzə gələcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi
1-ci qrup
Səpələnmişlər
“Dinamo” (Zaqreb, Xorvatiya) - “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi
“Makkabi” (Hayfa, İsrail) - “Olimpiakos” (Yunanıstan) cütünün qalibi
“Qarabağ” (Azərbaycan) - “Sürix” (İsveçrə) cütünün qalibi
Səpələnməmişlər
“Ludoqorets” (Bolqarıstan) - “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi
“Ferentsvaroş” (Macarıstan) - “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi
“Apollon” (Limassol, Kipr)
2-ci qrup
Səpələnmişlər
“Srvena Zvezda” (Serbiya)
HİK (Finlandiya) - “Viktoriya” (Plzen, Çexiya) cütünün qalibi
“Jalgiris” (Litva) - “Malmö” (İsveç) cütünün qalibi
Səpələnməmişlər
“Maribor” (Sloveniya) - “Şerif” (Moldova) cütünün qalibi
“Linfild” (Şimali İrlandiya) - “Budyo Qlimt” (Norveç)
“Pünik” (Ermənistan) - “Düdelanj” (Lüksemburq)
Liqa yolu
Səpələnmişlər
“Benfika” (Portuqaliya)
“Reyncers” (Şotlandiya)
“Dinamo” (Kiyev, Ukrayna) - “Fənərbağça” (Türkiyə) cütünün qalibi
PSV (Niderland)
Səpələnməmişlər
“Monako”
“Midtüllann” (Danimarka) - AEK (Larnaka, Kipr) cütünün qalibi
“Şturm” (Qrats, Avstriya)
“Yunion” (Belçika)
Bu gün həmçinin UEFA Avropa Liqasında da III təsnifat mərhələsinin püşkü atılacaq. Püşkatma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
“Qarabağ” İsveçrə təmsilçisinə iki oyunun yekununda məğlub olacağı halda, UEFA Avropa Liqasında Çempionlar Yolunda çıxış edəcək. Bu cütdə uduzan tərəf Çempionlar Liqasında mübarizəni dayandıran komandalardan birinə rəqib olacaq. Yalnız “Pünik” (Ermənistan) - “Düdelanj” (Lüksemburq) cütünün Azərbaycan təmsilçisi ilə düşmək şansı yoxdur.
Yəni “Qarabağ” / “Sürix” duelində uduzan tərəfə səkkiz cütdən birinin məğlub komandası potensial rəqib olacaq:
“Ferentsvaroş” (Macarıstan) / “Slovan” (Bratislava, Slovakiya)
“Dinamo” (Zaqreb, Xorvatiya) / “Şkupi” (Şimali Makedoniya)
HİK (Helsinki, Finlandiya) / “Viktoriya” (Plzen, Çexiya)
“Linfild” (Şimali İrlandiya) / “Budyo Qlimt” (Norveç)
“Jalgiris” (Litva) / “Malmö” (İsveç)
“Lüdoqorets” (Bolqarıstan) / “Şemrok Rovers” (İrlandiya)
“Maribor” (Sloveniya) / “Şerif” (Moldova)
“Makkabi” (Hayfa, İsrail) / “Olimpiakos” (Yunanıstan)
Əsas Yol
Səpələnmişlər
“Partizan” (Serbiya)
“Slovaçko” (Çexiya)
Səpələnməmişlır
“Midtüllann” (Danimarka) / AEK (Larnaka, Kipr) cütünün məğlubu
“Dinamo” (Kiyev, Ukrayna) / “Fənərbağça” (Türkiyə cütünün məğlubu).

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır