“Qızıl medal qazanacağıma əmin idim” - Hidayət Heydərov
Xəbər verdiyimiz kimi, Azərbaycan cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.
“Euronews” xəbər kanalı turnirlə bağlı hazırladığı süjetdə qalib cüdoçumuza da yer ayırıb.
Süjetdə 73 kq çəki dərəcəsində yarışan H.Heydərovun dünya çempionu olan gürcü Laşa Şavdatuaşvilini “golden score” bölümündə geridə qoyduğu bildirilib.
Kanala müsahibə verən çüdoçumuz çox inamlı, eyni zamanda karyerasında çox önəmli mərhələ olan final üçün həyəcanlı olduğunu deyib:
“Bu səhər oyananda özümü gümrah hiss edirdim və finalda olacağımı bilirdim. Finala çıxanda isə artıq əmin idim ki, qələbəni heç vaxt rəqibimə verməyəcəyəm, buna görə də qızıl medal qazanacağıma əmin idim”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır