"Harasa getsəm..." - Rəsul Çunayev iddialara cavab verdi
Yunan-Roma güləşi üzrə Olimpiya mükafatçımız, Dünya və Avropa çempionumuz Rəsul Çunayev başqa ölkənin bayrağı altında çıxış edəcəyinə dair yayılan xəbərlərə münasibət bildirib.
Xalqxeber.az teleqraf.com-a istinadən bildirir ki, Rəsul Çunayev haqqında yayılan məlumatların əssasız olduğunu qeyd edib.
"Öncə Azərbaycanın Müstəqillik Günü münasibəti ilə hər kəsi təbrik edirəm. Son günlər haqqımda sosial şəbəkələrdə əsassız və rəsmi olmayan xəbərlər yayılır. Orada qeyd olunur ki, guya mən ölkəni tərk edirəm. Xəbərin altında da qeyd olunur ki, rəsmi olmayan məlumatlardır. Heç yerə getməmişəm və getmək fikrim də yoxdur. Harasa getsəm, yalnız Azərbaycanımızı yaxşı tərəfdən təmsil etmək üçün gedə bilərəm. Rəsul Çunayevin ürəyi Azərbaycanla döyünür. Bunu hər zaman yadda saxlayın!".
Qeyd edək ki, yaxın günlərdə Rəsul Çunayevin başqa ölkələrdən təklif aldığı və bu təklifləri dəyərləndirəcəyi haqda xəbərlər yayılmışdı.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır