"Real Madrid" UEFA Çempionlar Liqasının qalibi olub
Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2021/2022 mövsümünün final oyunu keçirilib.
Avropanın nüfuzlu turnirində həlledici görüş İngiltərənin “Liverpul” və İspaniyanın “Real Madrid” klubları arasında baş tutub.
Parisdəki “Stad de Frans” stadionundakı matç qarşılıqlı hücumlarla yadda qalıb.
İlk hissəsi qolsuz bərabərliklə başa çatan oyunda hesabı “Real Madrid” komandası açıb. Oyunun 59-cu dəqiqəsində “kral klubu”nun 20 nömrəli cinah müdafiəçisi Vinisius Junior “Liverpul”un torunu silkələyib.
Bundan sonra bərabərlik axtarışı üçün hücumlarını artıran “mersisaydlar” “kral klubu”nun qapıçısı Tibo Kurtuanın inamlı oyunu sayəsində arzusunu reallaşdıra bilməyib.
Beləliklə 14 dəfə ÇL-i qazanan Karlo Ançelottinin rəhbərlik etdiyi kollektiv hazırda turnirin ən titullu klubu mövqeyini qoruyub saxlayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır