Struktur dəyişikliyi olacaq – Fərid Qayıbov
Gənclər və İdman Nazirliyində struktur dəyişikliyi olacaq.
Bunu gənclər və idman naziri Fərid Qayıbov Report-a açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda bunun üzərində iş aparılır: "İslahatlar davam edir. Təbii ki, həm gənclər, həm də idman sahəsi daim yenilənir. Ona görə də biz gecikməməliyik. Həm struktur dəyişikliyi üzərində iş aparılır, həm də islahatlar davam edir".
F.Qayıbov həmçinin bildirib ki, rəhbəri olduğu nazirliyin planları çoxdur:
"Müxtəlif layihələr həyata keçirmək istəyirik, amma bunun üçün bir qədər vaxt lazımdır. Çünki təhlillər olur, yəni əvvəl təhlillər aparırıq. Bu isə məlumdur ki, bir günlük iş deyil. Təhlillərdən sonra artıq biz layihələrimizi həyata keçirməyə başlayacağıq. Layihələrin həyata keçirilməsi üçün isə bunun maliyyə və digər məsələləri var. Təkcə bizim nazirlikdən asılı olan səbəblər deyil. İnşallah yaxşı olacaq".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək