Üzgüçülərimiz daha 2 medal qazandılar
Azərbaycan üzgüçüləri Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirdə daha iki medal qazanıblar.
Xalqxeber.az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən bildirilib ki, yarışın ikinci günündə milli komandamızın üzvü Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulla üzgüçülük yarışlarında 2 dəqiqə 2,35 saniyə nəticə ilə gümüş medala sahib olub. Turnirdə 50 metr məsafəyə batterflay üsulla yarışda finala vəsiqə qazanan Məryəm Şeyxəlizadəxangah isə 27,91 saniyə nəticə ilə ilk üçlükdə yer alıb və sayca ikinci bürünc medalını qazanıb.
Hazırda Azərbaycan yığmasının hesabında 3 medal var.
Qeyd edək ki, yarış bu il Macarıstanda, həmçinin 2023-cü ildə Yaponiyada keçiriləcək dünya çempionatlarına lisenziya xarakteri daşıyır. Turnirdə ölkəmizlə yanaşı, İsveçrə, Ukrayna, Rumıniya, Polşa, Macarıstan, Xorvatiya, Çexiya və Gürcüstandan idmançılar güclərini sınayırlar.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır