Paytaxtın mərkəzində veloyürüş keçirildi
Son illərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Şəhərdə digər sahələrlə yanaşı yol infrastrukturunun yenilənməsi, burada alternativ hərəkət vasitələrinin artırılması istiqamətində ölkə başçısının tapşırıqlarının icrası ilə bağlı yeni velosiped yollarının salınması istiqamətində işlər davam edir.
Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Agentliyi tərəfindən bir sıra mərkəzi küçələrdə velisiped zolaqlarının salınması işləri həyata keçirilir. Bu istiqamətdəki işlərin başlanğıcı kimi mərkəzdə - Üzeyir Hacıbəyov, Puşkin, Rəşid Behbudov küçələrində yeni velosiped yolu salınıb. Artıq şəhərin mərkəzini əhatə edən 7,5 km uzunluğunda velosiped yolunun 1,6 km-i yekunlaşıb.
Martın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Agentliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Novruz Bayramına həsr edilən və 30 həvəskar velosipedçinin iştirakı ilə veloyürüş keçirilib.
Əsas məqsədi insanlar arasında ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təbliği, vətəndaşların idmanın bu növünə olan marağının artırılması, onların aktiv həyata cəlb edilməsi olan bu veloyürüşün qalibləri 4 nominasiya üzrə qiymətli hədiyyələr, bütün iştirakçılar isə sertifikatlarla mükafatlandırılıblar.




Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır