Mahir Emreli: “Legiya” azarkeşlərinin hərəkətini normal qarşılamıram"
“Bu, sırf mənə qarşı olan təxribat deyildi”.
“Report” xəbər verir ki, bunu Azərbaycan millisinin və Polşa “Legiya”sının futbolçusu Mahir Emreli “İctimai TV”də yayımlanan “Fatehin Divanı” verilişində qonaq olarkən deyib.
Varşava təmsilçisinin azarkeşlərinin komanda üzvlərinə hücum çəkməsinə toxunan 25 yaşlı forvard bunu normal qarşılamadığını bildirib: “Həmin gün oyunu uduzub Varşavaya qayıdanda turnir cədvəlinin sonuncu pilləsində idik. Bu da azarkeşləri qəzəblənirdi. Amma bunu heç cür normal qarşılamıram. Çünki ikinci diviziona düşən komandaları da görümüşük. Heç birinin fanatları belə etməyib”.
Emrelinin sözlərinə görə, Varşavada “Legiya” sevgisi çox böyükdür: “Bu cür azarkeşlərlə yanaşı, yaxşı tərəfdarlar da var. Onlardan narazı olduğumu desəm, düzgün olmaz. Bu insanların haqqına girə bilmərəm. Lakin bu cür hadisə ürəkaçan deyil”.
Qeyd edək ki, “Legiya”dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. ABŞ-dan hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında “Legiya”nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır