XalqXəbər.Az

XalqXeber.Az » İdman » ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib
Bu gün, 10:47

 ABŞ seçməsi DÇ-2026-nın qrup mərhələsində 8 qol vuraraq dünya çempionatları tarixindəki rekordunu yeniləyib.

Bu, komandanın mundiallar tarixindəki ən məhsuldar çıxışı olub.

ABŞ millisi bununla da 1930-cu ildə qeydə alınan və 2002-ci ildə təkrarlanan 7 qolluq rekordu geridə qoyub.

Qeyd edək ki, 3 oyundan sonra 6 xal toplayan ABŞ seçməsi D qrupunda 1-ci yeri tutub. Amerika təmsilçisi 1/16 final mərhələsində Bosniya və Herseqovina ilə qarşılaşacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.