Millimiz ilin ilk oyununa çıxır
Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.
“Xalqxeber.az” xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz ölkəmizdə təşkil edilmiş “FIFA Series – 2026” beynəlxalq turnirində qüvvəsini sınayacaq.
Komandamız turnirdəki ilk matçında Sent Lüsiya yığması ilə qarşılaşacaq. Sumqayıtda keçiriləcək görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Giorgi Kruaşvili olacaq.
Qeyd edək ki, bu, millimizin 2026-cı ildə ilk oyunudur. Komandamız martın 30-da Syerra Leone yığması ilə də üz-üzə gələcək.
FIFA Series – 2026
27 mart 19:00.
Azərbaycan – Sent Lüsiya
Baş hakim: Giorgi Kruaşvili

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır