XalqXəbər.Az

XalqXeber.Az » İdman » UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda "Nyukasl"la qarşılaşacaq

UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda "Nyukasl"la qarşılaşacaq

UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda "Nyukasl"la qarşılaşacaq
18-02-2026, 09:07

 
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu bu gün keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşacaq.

Oyun Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Matçın baş hakimi norveçli Espen Eskos olacaq.

Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.