XalqXəbər.Az

XalqXeber.Az » İdman » Premyer Liqa: I turdan təxirə salınmış oyunda "Sabah" "Qarabağ"ı sınağa çəkəcək

Premyer Liqa: I turdan təxirə salınmış oyunda "Sabah" "Qarabağ"ı sınağa çəkəcək

Premyer Liqa: I turdan təxirə salınmış oyunda "Sabah" "Qarabağ"ı sınağa çəkəcək
18-12-2025, 09:56

Misli Premyer Liqasında I turdan təxirə salınmış "Sabah" - "Qarabağ" matçı bu gün keçiriləcək.

Qarşılaşma "Bank Respublika Arena"da, saat 19:30-da start götürəcək.

Matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək. Ona Elşad Abdullayev, Pərvin Talıbov və Vüqar Həsənli kömək edəcəklər.

Tural Qurbanov VAR-da, Asiman Əzizli isə AVAR-da təmil olunacaq. Hakim-inspektor funksiyasını Vüsal Əliyev yerinə yetirəcək. AFFA nümayəndəsi isə Erkin Hüseynov olacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi hazırda 33 xalla turnir cədvəlinə başçılıq edir. 31 xala malik "Sabah" ikincidir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.