Ceyhun Bayramov İtaliyada "Qarabağ"ın oyununu izləyib - FOTO
Ötən gün baş tutan İtaliyada baş tutan“Qarabağ”-“Napoli” qarşılaşmasını izləyənlər arasında Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov da olub.
Vatikanda səfərdə olan nazir "Stadio Diego Armando Maradona" stadionunda oyunu izləyib.
“Qarabağ” FK-nın instaqram səhifəsində də nazirin oyundan sonra çəkilən fotoları paylaşılıb:
“Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov UEFA Çempionlar Liqasının V turu çərçivəsində keçirilən “Napoli”-"Qarabağ" matçını stadiondan izləyib. Ceyhun Bayramov görüş başa çatdıqdan sonra klubumuzun rəhbərliyi, futbolçular və məşqçi heyəti ilə görüşüb. Görüş zamanı C. Bayramov komandanın son illərdəki inkişaf dinamikası xüsusi qeyd edib. Nazir vurğulayıb ki, əvvəlki illərdə güclü rəqiblərlə qarşılaşmalarda daha çox çətinliklərin yaşanması fonunda bu gün “Qarabağ” elə bir səviyyəyə yüksəlib ki, artıq ən nəhəng klublara qarşı belə oyunun nəticəsinə həssas yanaşılır. Ceyhun Bayramov komandanın nümayiş etdirdiyi iradəni və stabil performansı yüksək dəyərləndirib, uğurların davamlı olacağına inandığını bildirib və gələcək oyunlarda uğurlar arzulayıb”, - deyə paylaşımda bildirilir.
C Bayramov oyundan sonra klub rəhbərliyi, futbolçular və məşqçi heyəti ilə görüşüb. O, “Napoli” rəhbərliyinə xalça hədiyyə edib.
Qeyd edək ki, matç “Napoli”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 


Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub