"Kopenhagen" klubu Bakıda loqosuz forma ilə oynadı
UEFA Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunda "Qarabağ"-"Kopenhagen" matçında Danimarka komandasının formasında sponsor loqosu olmayıb.
Adətən avrokuboklarda “Kopenhagen” bukmeker şirkətinin loqosu olan formada çıxış edir. Lakin bu dəfə qonaq komanda Azərbaycan qanunvericiliyinin tələblərinə riayət etməli olub. 
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 428.9-cu maddəsinə əsasən, ölkə ərazisində keçirilməsi qadağan edilmiş və qeydiyyata alınmamış idman mərc oyunlarının və lotereyaların reklamına icazə verilmir. Qanunu pozmuş fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər 7 min manat, hüquqi şəxslər 40 min manat məbləğində cərimə edilir. Azərbaycan qanunvericiliyinə əsasən, yalnız ölkə ərazisində rəsmi şəkildə lisenziyalaşdırılmış və qanuni fəaliyyət göstərən mərc saytlarının reklamına və nümayişinə icazə verilir. Bu səbəbdən “Kopenhagen” klubu Azərbaycan qaydalarına uyğun olaraq meydana sponsorsuz formada çıxıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır