Azərbaycanın sərbəst güləşçiləri Batumidə təlim-məşq toplanışına qatılıblar
Azərbaycanın sərbəst güləş millisi növbəti təlim-məşq toplanışına başlayıb.
Quba toplanışını başa vurduqdan sonra bir neçə günlük istirahətə yollanan yığma Gürcüstanın Batumi şəhərinə yollanıb.
Milli iyunun 21-dək Gürcüstan, Avstriya, Norveç və Ukrayna komandaları ilə birgə toplanış keçəcək.
Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında 19 güləşçi TMT-də iştirak edir. Heyətdə İslam Bazarqanov (57 kq), Musa Ağayev, Ruslan Abdullayev (hər ikisi 65 kq), Kənan Heybətov, Zirəddin Bayramov (hər ikisi 70 kq), Ağanəzər Novruzov, Turan Bayramov, Maqomed-Başir Xaniyev (hamısı 74 kq), Fərid Cabbarov, Cəbrayıl Hacıyev, Səbuhi Əmiraslanov (hamısı 79 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov, Abubakr Abakarov, Sadiq Mustafazadə (hamısı 92 kq), Maqomedxan Maqomedov, Zəfər Əliyev (hər ikisi 97 kq), Giorgi Meşvildişvili və Xetaq Karsanov (hər ikisi 125 kq) yer alıb.
Toplanış iyulun 17-dən 20-dək Macarıstanda keçiriləcək ilin son reytinq turnirinə hazırlıq xarakteri daşıyır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır