Avropa birinciliyində iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib
İyunun 9-dan 15-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək 17 yaşadək güləşçilər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib.
Bu barədə Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yunan-Roma güləşi üzrə millinin üzvləri yarışın ilk günlərində xalçaya çıxacaq. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov, Rasim Ağayev və Elbrus Məmmədovun rəhbərliyi Abdulrəhman Hüseynli (45 kq), Qurban Məcnunov (48 kq), Elşad Abbasov (51 kq), Ayxan Əsədli (55 kq), Əli Nəzərov (60 kq), Ramil Musayev (65 kq), Yusif Əhmədli (71 kq), Nicat Yeylaqaliyev (80 kq), Səid Paşayev (92 kq) və Rihad İbrahimli (110 kq) uğur qazanmağa çalışacaq.
Daha sonra estafet qadın güləşinə keçəcək. Böyük məşqçilər Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi altında Nəzrin Əhmədli (46 kq), Xədicə Qurbanzadə (49 kq), Fatimə Bayramova (53 kq), Ülviyə Musayeva (57 kq), Esra Məmmədli (61 kq), Fidan Babayeva (65 kq) və Milana Bağırzadə (69 kq) çıxış edəcək.
Yarışın sonlarında böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Heyətdə Ömər Usubov (45 kq), Rəvan Həsənzadə (48 kq), Ramal Mirhüseynov (51 kq), Ruslan Əlizadə (55 kq), Həsən Həsənov (60 kq), Tunar Nəsibov (65 kq), İsa Yusibov (71 kq), Əli Hacıyev (80 kq), Səid Paşayev (92 kq) və Hakim Tağıyev (110 kq) yer alıb.
Gündüz seansının görüşləri hər gün Bakı vaxtı ilə 12:30-da, axşam seansının qarşılaşmaları isə 20:00-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatında I dərəcəli hakim Vüqar Şükürov ədaləti qoruyacaq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır