XalqXəbər.Az

XalqXeber.Az » İdman » Azərbaycan II Liqasına vəsiqə uğrunda pley-off matçının tarixi müəyyənləşib

Azərbaycan II Liqasına vəsiqə uğrunda pley-off matçının tarixi müəyyənləşib

Azərbaycan II Liqasına vəsiqə uğrunda pley-off matçının tarixi müəyyənləşib
26-05-2025, 17:19

2025/2026 mövsümü üçün Azərbaycan II Liqasına vəsiqə qazanmaq uğrunda pley-off matçının vaxtı müəyyənləşib.

Görüşdə cari mövsüm II Liqada 13-cü yeri tutmuş “Lerik” ilə Region Liqasının ikincisi “Şirvan” üz-üzə gələck.

Qarşılaşma mayın 29-da, saat 16:00-da "ASCO Arena"da start götürəcək.

Bununla əlaqədar mayın 27-də, saat 11:00-da AFFA-nın inzibati binasında görüş keçiriləcək, oyunun keçirilməsi ilə bağlı digər detallar müzakirə olunacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.