Yunan-Roma güləşi üzrə millimiz növbəti təlim-məşq toplanışına başlayıb
Yunan-Roma güləşi üzrə millimiz növbəti təlim-məşq toplanışına başlayıb.
Vladiqafqaz toplanışını başa vuran yığmamız bir neçə günlük fasilənin ardınca Qubaya yollanıb.
Azərbaycan güləşçiləri ABŞ millisi ilə birgə Şimal bölgəsində təlim-məşq toplanışı keçəcək. Bu gün startı verilən hazırlıq prosesi iyunun 6-dək davam edəcək.
Toplanışda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli, Elmir Əliyev, Rəşad Məmmədov (hamısı 55 kq), Nihat Məmmədli, Nihad Quluzadə, İlkin Qurbanov, Hüseyn Qəribov (hamısı 60 kq), Murad Məmmədov, Ziya Babaşov, Fərid Baxışlı (hamısı 63 kq), Həsrət Cəfərov, Fərid Xəlilov, Məhəmməd Şükürzadə (hamısı 67 kq), Ülvü Qənizadə, Ruslan Nurullayev (hər ikisi 72 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), Qurban Qurbanov, Tuncay Vəzirzadə (hər ikisi 82 kq), İslam Abbasov, Rafiq Hüseynov (hər ikisi 87 kq), Arif Niftullayev, Murad Əhmədiyev, Məhəmməd Əhmədiyev (hamısı 97 kq), Beka Kandelaki və Sərxan Məmmədov (hər ikisi 130 kq) iştirak edir.
Qeyd edək ki, Quba toplanışı 17-20 iyulda Macarıstanda keçiriləcək ilin son reytinq turnirinə, eləcə də 13-21 sentyabrda Xorvatiyada təşkil ediləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...