AMF rəsmisi: "Dünya çempionatının Azərbaycanın adına layiq səviyyədə keçməsini istəyirik"
Dünya çempionatının Azərbaycanın adına layiq səviyyədə keçməsini istəyirik.
Bunu Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatına həsr olunan mətbuat konfransında Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov deyib.
AMF rəsmisi mundialın maraqlı keçəcəyinə əmin olduğunu söyləyib:
"Ölkəmiz belə böyük tədbirlər keçirməyə alışıb. Biz də bu nümunəni götürərək, yarışa ciddi səviyyədə hazırlaşırıq. Çalışırıq ki, turnir Azərbaycanın adına layiq olsun. Bu cür yarışlar böyük məsuliyyət tələb edir. İlk üç yerdən birini tutsaq, uğur qazanmış sayılarıq. Təbii olaraq istəyərdik ki, ev sahibi kimi dünya çempionatının kuboku Azərbaycanda qalsın və qalib gələk".
Qeyd edək ki, dünya çempionatı 21 may - 1 iyun aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi mundialın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır