AFFA “Qarabağ”ı azarkeşlərinə görə cərimələdi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
İclasda qəbul edilən qərarları Peşəkar Futbol Liqasın özünün rəsmi saytı vasitəsi ilə açıqlayıb.
Qeyd edilib ki, Azərbaycan Premyer Liqasında 32-ci turun “Kəpəz” – “Zirə” oyununda “Kəpəz”in azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Gəncə klubu 1000 manat cərimə edilib.
Azərbaycan Premyer Liqasında 32-ci turun “Səbail” – “Araz-Naxçıvan” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.
Azərbaycan Premyer Liqasında 32-ci turun “Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilib. Oyunu bitdikdən sonra “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam klubu 1500 manat cərimə edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək