Qələbəsini şəhidlərə ithaf edən gənc çempiondan təşəkkür məktubu
11 -13 aprel tarixində Azərbaycan Kikboksinq Federasiyası və Xüsusi Təyinatlı İdman Klubunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə təşkil edilən açıq çempionatda iştirak edən, peşəkar idmanla məşğul olan Borcəli Omar Rəşad yarışdan qələbə ilə ayrılıb.
Borcəli Omar çempionatda Daxili İşlər Nazirliyinin Daxili Qoşunların xüsusi təyinatlıları adından iştirak edib. O, öz qələbəsini Daxili Qoşunların Vətən müharibəsində şəhid olan 66 xüsusi təyinatlısına ithaf edib.
O, bu yarışın təşkilində, bu çətin qələbəni əldə etməsində indiyə qədər iştirakı və əməyi keçənlərə təşəkkür məktubu ünvanlayıb.
Öncə onu vurğulayaq ki, olduqca əlamətdar gün münasibətilə keçirilən yarış həm də ölkəmizdə idmanın inkişafının bariz nümunələrindən biridir. 700-dən çox yarışçının qatılması yarışın əhəmiyyətindən xəbər verir. Bu baxımdan təşkilati məsələlərin də yüksək səviyyədə həllində, gənclərin idmana olan həvəsinin artmasında, bacarıqlarını inkişaf və nümayiş etdirməsində Kikboksinq Federasiyasının xüsusi rolu var.
Gənc idmançı təşəkkür məktubunda Kikboksinq Federasiyasının rəhbəri Orxan Əliyevə, vitse-prezidenti Adil Əliyevə, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə, Daxili Qoşunların komandanlığına, o cümlədən, Qərargah rəisi general-mayor Tofiq Hüseynova, Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə, Sərhəd Qoşunlarının komandanlığına, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəhbərliyi və şəxsi heyətinə, idman mərkəzinin rəhbərliyinə, Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrin Kikboksinq klubunun rəhbəri Muxtar Allahyarova, yarışın təşkilatçılarından biri olan Elmin Mehdiyevə, ümumilikdə tədbirin bütün təşkilatçılarına və hakim heyətinə, yarışın baş hakimləri Aydın Ağabəyov, Elşad Ələsgərova, Suraxanı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Amil Bağırova xüsusi minnətdarlığını çatdırıb.
Bir çox yeniyetmənin, o cümlədən Borcəli Omarın gənc idmançı kimi yetişməsində “Dəmir Yumruq” Kikboksinq klubunun, klubun baş məşqçisi Fərid Babayevin də əməyi danılmazdır. Bununla yanaşı, gənc idmançı müraciətində ailəsinin, xüsusilə də onu Vətənə məhəbbət, idmana peşəkar yanaşma ruhunda böyüdən atası Rəşad Borcəlinin əməyini xüsusi qiymətləndirərək təşəkkür edib. Gənc idmançıdan təşəkkür alanlar arasında Suraxanı rayonu İcra Hakimiyyətinin, Elm və Təhsil Nazirliyinin rəhbərliyinin, S.S.Axundov adına 172 saylı məktəbin direktoru Vəfa Bağırovanın, sinif rəhbəri, müəllim Gülfirə Mehrəliyevanın adı xüsusi vurğulanır.
DİN DQ XTQ - Omar Borcəli. 

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır