Maradona “Napoli”nin baş məşqçisi olacaq
Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona məşqçilik karyerasını bərpa edir
Argentinalı idman ustası bir vaxtlar futbolçu kimi çıxış etdiyi İtaliyanın “Napoli” klubunun baş məşqçisi olacaq.
Bu barədə D.Maradona İtaliya mətbuatına açıqlamasında bildirib. O deyib: “Neapollularla aramda ata-oğul münasibəti var. Otuz illik fasilədən sonra bu şəhərə ilk dəfə gəldiyim günün həyəcanını yaşayıram. Məqsədim komandanı “Yuventus”, “Milan”, “İnter” və “Roma” kimi klublarla başabaş mübarizə apara biləcək güclü bir kluba çevirməkdir”.
Qeyd edək ki, D.Maradona 1984-1991-ci illərdə “Napoli”də çıxış edib. Beş ildir ki, işsiz olan 56 yaşlı məşqçi son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vasl” klubunu çalışdırıb.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub