XalqXəbər.Az

XalqXeber.Az » İdman » Azərbaycan Həndbol Federasiyasının rəsmisi təyinat alıb

Azərbaycan Həndbol Federasiyasının rəsmisi təyinat alıb

Azərbaycan Həndbol Federasiyasının rəsmisi təyinat alıb
12-03-2025, 09:34

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri İsgəndər Əsgərov növbəti təyinat alıb.

Bu barədə Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən məlumat yayıb.

Təcrübəli mütəxəssis kişi həndbolçular arasında AVRO-2026-nın seçmə mərhələsində Gürcüstan – Bosniya və Herseqovina oyununda Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma martın 13-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.