Şahmat üzrə Azərbaycan çempionatında final görüşlərinə start verilir
Şahmat üzrə Azərbaycan çempionatında final oyunlarına bu gün start veriləcək.
"Report"un məlumatına görə, həlledici raundda Şəhriyar Məmmədyarovla Rauf Məmmədov üz-üzə gələcəklər.
Üçüncü yer uğrunda qarşılaşmada Teymur Rəcəbovla Misrətdin İskəndərov görüşəcəklər.
Qadınlarda isə Gövhər Beydullayeva ilə Günay Məmmədzadə finalda münasibətlərə aydınlıq gətirəcəklər. Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova üçüncü yer uğrunda mübarizə aparacaqlar.
Bu cütlər arasında ikinci partiyalar fevralın 14-də baş tutacaq.
Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır