Juninyo ən çox qol vuran futbolçuların siyahısında

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2024-cü ildə keçirilən bütün turnirlərdə ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.
“Qarabağ”ın hücumçusu Juninyo Olavio da siyahıya düşüb.
Braziliyalı forvard 26 qolla siyahının 45-ci pilləsində qərarlaşıb. O, il ərzində Premyer Liqada 10, ölkə kubokunda 5, avrokuboklarda 11 dəfə fərqlənib. Luis Suares və Koul Palmer kimi ulduz futbolçular da eyni sayda qol vurublar. Lakin Juninyo əlavə göstəricilərə görə onları qabaqlayır.
Ümumilikdə 54 futbolçunun yer aldığı cədvələ İsveç millisinin və “Sportinq”in hücumçusu Viktor Qyökereş başçılıq edir. O, bu il aktivinə 59 qol yazdırıb. Erlinq Haland (Norveç, “Mançester Siti”) 47 qolla ikinci, Harri Keyn (İngiltərə millisi, “Bavariya”) 46 qolla üçüncüdür.Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2024-cü ildə keçirilən bütün turnirlərdə ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.
“Qarabağ”ın hücumçusu Juninyo Olavio da siyahıya düşüb.
Braziliyalı forvard 26 qolla siyahının 45-ci pilləsində qərarlaşıb. O, il ərzində Premyer Liqada 10, ölkə kubokunda 5, avrokuboklarda 11 dəfə fərqlənib. Luis Suares və Koul Palmer kimi ulduz futbolçular da eyni sayda qol vurublar. Lakin Juninyo əlavə göstəricilərə görə onları qabaqlayır.
Ümumilikdə 54 futbolçunun yer aldığı cədvələ İsveç millisinin və “Sportinq”in hücumçusu Viktor Qyökereş başçılıq edir. O, bu il aktivinə 59 qol yazdırıb. Erlinq Haland (Norveç, “Mançester Siti”) 47 qolla ikinci, Harri Keyn (İngiltərə millisi, “Bavariya”) 46 qolla üçüncüdür. XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır