"Qarabağ" - "Lion": Azərbaycan çempionunun Fransa klublarına qarşı 11-ci dueli - ARAŞDIRMA
UEFA Avropa Liqasının Liqa mərhələsində "Lion"la oyun "Qarabağ"ın avrokuboklarda Fransa təmsilçilərinə qarşı 11-ci matçı olacaq.
"Köhlən atlar" indiyədək bu ölkənin beş klubu ilə üz-üzə gəlib.
Azərbaycan çempionu ilk dəfə 1999-cu ildə İntertoto Kubokunda "Monpelye"yə rəqib olub. Turnirin II t'snifat mərhələsinin Bakıda baş tutan oyununda 0:3 hesabı ilə uduzan ağdamlılar səfərdə 6 cavabsız qola üzülüblər.
"Qarabağ" daha sonra 2014/2015 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində "Sent Etyen"lə qarşılaşıb. Tərəflər Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan I turun oyununda qolsuz heç-heçəyə razılaşıblar. Fransada gerçəkləşən V turun matçında da qalib müəyyənləşməyib - 1:1.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 2015/2016 mövsümündə eyni turnirin qrup mərhələsində "Monako" ilə qarşılaşıb. III turda II Lui stadionunda məğlub olan (0:1) Ağdam təmsilçisi IV turda Bakıda bərabərliklə (1:1) kifayətlənib.
Azərbaycan çempionunun 2021/2022 mövsümündə başqa turnirdə - UEFA Konfrans Liqasında Fransa klubu ilə yolu kəsişib. Qrup mərhələsində ikinci olan komanda pley-offda "Marsel"ə rəqib olub. Hər iki matç Liqa 1 təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:0, 3:1.
"Qarabağ" son olaraq 2022/2023 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Nant"la qarşılaşıb. II turda Bakıda 3 cavabsız qolla qalib gələn təmsilçimiz V turda məğlubiyyətlə (1:2) üzləşib.
Beləliklə, "köhlən atlar" bu qarşılaşmaların 1-də qələbə qazanıb, 3-də heç-heçə edib, 6-da isə uduzub. Komandanın 7 qoluna rəqiblər 20 qolla cavab veriblər.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.("Report")

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır