"Bayern Münhen" ötən mövsümdəkindən başqa komanda olub" - Xabi Alonso
"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso Bundesliqanın son turunda "Bayern Münhen"lə heç-heçə (1:1) nəticələnən görüşü şərh edib.
Klubun mətbuat xidməti ispan mütəxəssisin dediklərini belə təqdim edib:
“Komandamdan daha çox enerji görmək istəyirdim və bu baxımdan məmnunam. Döyüşməyə hazır idik, bunu da etdik. Bizə futbolçularda intizam və ehtiras lazımdır.
Asan olmadı, topa nəzarət edə bilmədik. Müdafiə olunmaq əsl problem idi.
"Bayern"in enerjisi və özünə inamı ötən mövsümdən fərqlidir, rəqib başqa komanda olub. Onlar həm topla, həm də topsuz əllərindən gələn hər şeyi edirdilər. Bu məqamı nəzərə alsaq, nəticədən razı qala bilərik”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır