"Formula 1" pilotu: Bakı ən sevdiyim treklərdən biridir
Keçən il Bakıda uğurlu çıxış etdim. Bura həqiqətən ən çox sevdiyim treklərdən biridir.
Bunu "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandasının pilotu Oliver Berman həftəsonu təşkil olunacaq Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.
Paytaxtımızdakı yarışda Kevin Maqnusseni əvəzləyəcək 19 yaşlı britaniyalı sürücü "Formula 1"də mübarizə aparacağı üçün həyəcanlı olduğunu söyləyib.
O, Bakıdakı trekin çətin olduğunu da vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında baş tutacaq. Oliver Berman 2023-cü ildə ölkəmizdə gerçəkləşən "Formula 2" yarışının qalibi olub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır