"Qarabağ" müdafiədə diqqətli olmalıdır - Yunisoğlu
Bugünkü oyunu böyük maraqla gözləyirəm.
Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu deyib.
O, “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”su ilə ilk matçını şərh edib.
Yunisoğlunun sözlərinə görə, Azərbaycan çempionu xorvatlarla dueldə yenidən tarix yaza bilər:
“Komandanın uğurları bütün Azərbaycan futbolunun üçün xeyrinədir. Sözsüz, “Dinamo” güclü rəqibdir. “Qarabağ”ın son oyunlarındakı nəticələrindən və uğurlardan xəbərdardılar. Onlar qrup mərhələsinə çıxmaq üçün maksimum güclərini ortaya qoyacaqlar. Düşünürəm ki, “Dinamo” “Qarabağ”ı 2 qat cox analiz edib. Buna görə də Qurban Qurbanovun komandasının son rəqiblərinin səhvlərini təkrarlamamağa çalışacaqlar. Ağdam klubu müdafiədə daha diqqətli olmalıdır. İnanıram ki, onlar Azərbaycana yenidən Çempionlar Liqası bayramını yaşadacaqlar”.
Qeyd edək ki, “Dinamo” - “Qarabağ” matçı bu gün Bakı vaxtı ilə 23:00-da Zaqrebdə keçiriləcək.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır