SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Fransa millisinin Avro-2024 üçün yekun heyəti açıqlanıb

Fransa millisinin Avro-2024 üçün yekun heyəti açıqlanıb

Tarix:

8-06-2024, 17:40

/ 886 dəfə oxundu.
Fransa millisinin Avro-2024 üçün yekun heyəti açıqlanıb

 Futbol üzrə Fransa millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

Baş məşqçi Didye Deşam 26 nəfərlik sifariş ərizəsinə aşağıdakı oyunçuların adlarını daxil edib:

Qapıçılar: Alfons Areola (“Vest Hem”, İngiltərə), Mik Menyan (“Milan”, İtaliya), Bris Samba (“Lans”);

Müdafiəçilər: Jül Kunde (“Barselona”, İspaniya), Conatan Kloss (“Marsel”), Benjamin Pavar (“İnter”, İtaliya), İbrahima Konate (“Liverpul”, İngiltərə), Villiam Saliba (“Arsenal”, İngiltərə), Dayo Upamekano (“Bavariya” ,Almaniya), Teo Ernandes (“Milan”, İtaliya), Ferlan Mendi (“Real Madrid”, İspaniya) ;

Yarımmüdafiəçilər: Yusuf Fofana (“Monako”), Adrian Rabyo (“Yuventus”, İtaliya), Uorren Zair-Emeri (PSJ), Orelyen Çuameni (“Real Madrid”, İspaniya), Antuan Qrizman (“Atletiko Madrid”, İspaniya), Nqolo Kante (“Əl-İttihad”, Səudiyyə Ərəbistanı), Eduardo Kamavinqa (“Real Madrid”, İspaniya).

Hücumçular: Bredli Barkola, Usman Dembele, Randal Kolo Muani (hər üçü PSJ), Kinqsli Koman (“Bavariya”, Almaniya), Olivye Jiru (“Los-Anceles”, ABŞ), Kilian Mbappe (“Real Madrid”, İspaniya), Markus Tyuram (“İnter”, İtaliya).

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Fransa millisi Niderland, Avstriya və Polşa yığmaları ilə D qrupunda mübarizə aparacaq.

Şərhlər

XƏBƏR LENTİ