XalqXəbər.Az

XalqXeber.Az » İdman » İddiaçılar Turniri: Azərbaycan şahmatçısı Nakamura ilə üz-üzə gələcək

İddiaçılar Turniri: Azərbaycan şahmatçısı Nakamura ilə üz-üzə gələcək

İddiaçılar Turniri: Azərbaycan şahmatçısı Nakamura ilə üz-üzə gələcək
15-04-2024, 09:20

 Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.

28 yaşlı qrossmeyster X turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Abasov hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Nakamura isə 4,5 xalla 4-6-cı yerləri bölüşdürür.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.