Qurban Qurbanov Almaniya klubundan TƏKLİF ALDI
Azərbaycanın məşhur futbol mütəxəssisi, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniya Bundesliqasında mübarizə aparan klubdan təklif alıb.
Məlumata görə, alman komandasının rəhbərliyi Leverkuzendə "Bayer"lə qarşılaşan "Qarabağ"ın baş məşqçisiylə görüşüb.
"Bayer"in baş məşqçisi Xabi Alonso Berlin klubunun prezidenti Dirk Zinglerə yeni baş məşqçi olaraq Qurban Qurbanovu məsləhət görüb. "Union"un 20 ildir ki, rəhbəri olan Zingler Leverkuzendə "Qarabağ"ın 52 yaşlı baş məşqçisiylə görüşərək istəyini çatdırıb.
Azərbaycanın məşhur məşqçisi Qurban Qurbanov Almaniya klubunun rəhbərliyinə təşəkkür edib, lakin təklifi qəbul etməyib.
117 yaşa malik "Union Berlin" komandasını hazırda 52 yaşlı Nenad Belitsa çalışdırır. Xorvat mütəxəssis ötən ilin noyabrında gətirilsə də, müqavilənin müddəti göstərilməyib.
Berlin klubu ötən mövsüm Bundesliqada 4-cü olsa da, hazırda çempionatda zəif çıxış edir. "Union" 18 klub sırasında 25 turdan 25 xalla 14-cü pilləni tutur. Bundesliqada 5 ildir yarışan Berlin komandasının futbolçularının qiyməti 149.95 milyon avrodur.
UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Bayer"in baş məşqçisi Xabi Alonso Azərbaycan klubunun Bundesliqada mübarizə aparmağa layiq olduğunu bildirmişdi. Xabi Alonso ilə Qurban Qurbanov arasında dostluq münasibətləri də var.(Supersport) XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır