SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Olimpiya Oyunlarına görə 500 qədim ağac kəsiləcək

Olimpiya Oyunlarına görə 500 qədim ağac kəsiləcək

Tarix:

25-02-2024, 12:00

/ 538 dəfə oxundu.
Olimpiya Oyunlarına görə 500 qədim ağac kəsiləcək

İtaliyada 2026-cı il Qış Olimpiya Oyunlarının keçirilməsi məqsədilə bobsley, skeleton və xizək idmanı üçün trasın tikintisinə mane olan 500 əsrlik qara şam ağaclarını kəsmək qərara gəlinib. Fanpage.it. italyan portalının məlumatına görə, layihəyə 120 milyon avrodan çox vəsaitin ayrılması planlaşdırılır. Ekoaktivistlər bu ağacların kəsilməsinin əleyhinədirlər və trasın salınması üçün alternativ variantlar təklif edirlər.

"Alternativ yol bir saatdan azacıq çoxdur: Avstriyanın İnsbruk şəhərində artıq işlək bobsley marşrutu var və Beynəlxalq Olimpiya Komitəsi bu yoldan istifadənin qadağan edilmədiyini açıqlayıb", - deyə fəallar bildiriblər.

Publika.az xarici mediaya istinadla xəbər verir ki, İtaliyanın ən böyük ekotəşkilatları layihənin heç bir ekoloji qiymətləndirmədən keçmədiyinə əmindirlər, çünki o, eyni zamanda ən gözəl Alp vadilərindən birini məhv olmaq təhlükəsi altında qoya bilər. İtaliyanın Alp klubunun hesablamalarına görə, sözügedən yolun inşa edilməsi üçün 25 min kvadratlıq ərazidəki çoxəsrlik qara şam ağacları kəsilməlidir.

Gələcəkdə isə bu marşrut nə ekoloji itkiləri, nə də tikinti xərclərini doğrultmayacaq. Çünki bu yoldan, yarış başa çatdıqdan sonra başqa bir layihə üçün istifadə edilməsi mümkün olmayacaq. Tras yalnız bobsled və skeleton üçün istifadə ediləcək, yəni İtaliyanın hər yerindən yalnız cəmi bir neçə onlarla idmançının yarışması üçün lazım olacaq.

Şərhlər

XƏBƏR LENTİ