Gənc idmançı Ümid Mənsimovdan növbəti qələbə
Xocalıya ədalət şüarı altında keçirilən Xocalı kuboku 6 Kikboksinq turniri keçirilib. Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi və Xocalı idman klubun təşkilatçılığı ilə keçirilən bu turnirdə bütün yaş kateqoriyalarında ən güclülər müəyyən edilib. 178 nömrəli 7 c sinif şagirdi Mənsimov Ümid Ramil oğlu növbəti dəfə birinci yerə layiq görülüb.
Onu da qeyd edək ki, Mənsimov Ümid Ramin oğlu ötən ilin 22-24 sentyabr tarixlərində keçirilən Azərbaycan birinciliyində də uğur qazanmışdır. Bundan başqa ötən ilin 22-23 iyul tarixlərində XTQ idman mərkəzinin keçirdiyi yarışlarda birinci yer tutaraq, medal qazanmışdır. Ümid, Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin tələbəsidir.
Beynəlxalq yarışlarda Azərbaycan Bayrağını uca zirvələrə qaldıracağını və dalğalandıracağını dilə gətirən Mənsimov Ümid Ramin oğlu, dövlət başçısının idmana göstərdiyi diqqət və qayğını bütün idmançıların hiss etdiyini bildirib. Ən böyük arzusu ölkə başçısı cənab İlham Əliyevin əllərindən boynuna medal asılmasını qeyd edən Ümid Mənsimov, bu amala çatacağına bütün qəlbi ilə inandığını dilə gətirib.





Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır