"Böyük Dəbilqə": Azərbaycanın daha 8 cüdoçusu mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha 8 cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə"də mübarizəyə başlayacaq.
Xalqxeber.az-ın məlumatına görə, yarışın sonuncu günündə Nigar Süleymanova (+78 kq), Murad Fətiyev, Elcan Hacıyev, Vüqar Talıbov (hamısı 90 kq), Zelim Kotsoyev, Əjdər Bağırov (hər ikisi 100 kq), Camal Qamzatxanov və Kənan Nəsibov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.
Böyük Dəbilqə
Nigar Süleymanova (+78 kq) – İdalis Ortis (Kuba): 1/16 final
Murad Fətiyev (90 kq) – Sami Çuçi (Belçika): 1/16 final
Elcan Hacıyev (90 kq) – Bakar Eraşvili (Gürcüstan): 1/32 final
Vüqar Talıbov (90 kq) – Yeqor Varapayev (AIN): 1/16 final
Zelim Kotsoyev (100 kq) – Daniel Mukete (AIN): 1/16 final
Əjdər Bağırov (100 kq) – 1/16 finalda rəqibini gözləyir
Camal Qamzatxanov (+100 kq) – Şakarmamed Mirmamadov (Tacikistan): 1/16 final
Kənan Nəsibov (+100 kq) – Vuhyeok Son (Cənubi Koreya): 1/16 final
Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır