Riçard Almeyda: “Braqa” “Qarabağ”a bənzəyir, amma maaşı bizdən yuxarı olan klubdur"
“Braqa” “Qarabağ”a bənzəyir, amma maaşı bizdən yuxarı olan klubdur".
Bunu “Qarabağ”ın futbolçusu Riçard Almeyda “ojogo.pt” saytına açıqlamasında deyib.
2012-ci ildən Azərbaycan klubunun formasını geyinən 34 yaşlı yarımmüdafiəçi UEFA Avropa Liqasının pley-off mərhələsində rəqibləri olan Portuqaliya “Braqa”sı barədə xoş fikirlər səsləndirib: “Portuqaliyaya gedəndən bəri həmişə “Braqa”ya rəğbət bəsləmişəm. Alan, Lima, Salino, Uqo Viana ilə super komanda qurdular, “Benfika”nı məğlub edərək Avropa Liqasının finalına çıxdılar. “Braqa” sabitdir, fəlsəfələrinə uyğun və fərq yaradan oyunçuları seçirlər. Onlar böyük klublara çoxlu məşqçi göndərirlər. Rəqibdə yüksək səviyyəli oyun sistemi görürəm və çox yaxşı futbolçular var”.
Rəqibin heyətində bir neçə oyunçunu fərqləndirən Azərbaycan millisinin sabiq üzvü, bununla belə, hədəflərinin mərhələ adlamaq olduğunu söyləyib: “Alvaro Calo, Rikardo Orta, Xose Fonte, Mateus, Simon Banzanın adını çəkə bilərəm. Böyük potensiala malik Vitor Karvalyunu çox bəyənirəm. Onu “Jil Visente”dən tanıyıram. Son illər yetişən gənclər də var. Bu gün yaxşı oyun proqnozlaşdırıram. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, bu gün Portuqaliyada keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək